Kiçik əllər, böyük arzular

Müasir şagirdləri həyata hazırlamaq, onların nəyi və necə arzu etdiklərini müəyyənləşdirmək üçün onlarla dərslərin nəzəri hissəsi ilə yanaşı, praktiki hissəsini də çox maraqla və şagirdlərin istəklərinə uyğun qurur, müxtəlif fiqurlar hazırladır, rəsm nümunələri çəkdirir, həm məntiqlərini, həm də gələcəkdə nəyə qadir ola biləcəklərini müəyyənləşdirməyə çalışırıq. Belə dərslər şagirdlərin yaddaşını möhkəmləndirir, onlarda daha incə zövq formalaşdırır.
Bunu nəzərə alıb Texnologiya dərsində Ia sinfində “Şagird arzuları, şagird təxəyyülü” adlı müsabiqə keçirdik. Qruplarla təşkil edilmiş müsabiqədə hər kəs nəyə qadir olduğunu, nəyi daha yaxşı yarada bildiyini göstərməyə çalışır, sıx əməkdaşlıq edir, rəngli kağızlardan evlər, saraylar yaradır, körpülər qurur, təbii materiallardan mənzərələr düzəldir, nəyə qadir olduqlarını göstərir və fəxrlə “Mən gələcəkdə memar, heykəltəraş və s. olacağam” deyə söylədilər. Biz buna inanırıq.