Kimya fənnindən açıq dərs

Müasir həyatımızda kimya elminin əhəmiyyəti hamıya məlumdur. Məktəbimizdə bu fənn yüksək səviyyədə tədris olunur. Odur ki, “Gənc kimyaçılar”ın müsabiqəsində şagirdlərimiz şəhər turunda ən yüksək yerə layiq görüldülər. Bu qalibiyyəti davam etdirmək üçün şagirdlərlə elmə həsr olunan müxtəlif tədbirlər, laborativ işlər təşkil edir, açıq dərslər keçirilir.
Belə dərslərdən biri də 9b sinfində Ə.Səriyyə müəllimin “Ammonyak” adlı keçirdiyi “açıq dərs” oldu. Dərsdə şagirdlərimiz kimyanın sirr-sehrindən danışdılar, kimyaçıların nəyi nə vaxt və necə yaratdıqlarını qeyd etdilər. Ammonyakın necə alınması ekranda işıqlandırıldı. Əyani şəkildə təşkil edilən dərs yüksək səviyyədə keçirildi.