Riyaziyyat aylığından- Riyaziyyat gecəsi

Məktəbin illik iş planına uyğun olaraq yanvar ayında Riyaziyyat fənn aylığı keçirildi. Bu aylıq zamanı ayrı-ayrılıqda hər bir riyaziyyat, informatika müəlliminin dərsləri dinlənildi, onların müasir proqramla (kurikulumla) necə işlədikləri yoxlanıldı. Bununla yanaşı müxtəlif tədbirlər, dəyirmi masalar, sərgilər təşkil edildi, açıq dərslər keçirildi. Belə maraqlı tədbirlərdən biri də riyaziyyat müəllimləri və şagirdlərimizin iştirakı ilə təşkil olunan “Riyaziyyat gecəsi” oldu. Gecədə məktəbin ən istedadlı şagirdləri riyaziyyatla ədəbiyyatı, musiqini, tarixi birləşdirdilər. Gözəl qurulan kompozisiyada şagirdlərimiz müxtəlif musiqi nömrələri ilə çıxış etdilər, riyaziyyatın yaranma və yaradılma tarixindən, yaradanlardan müxtəlif məlumatlar verdilər. Musiqi və şeirlə müşahidə olunan riyazi məsələlər iştirak edənlərin diqqətinə yazıldı. Göstərilən səhnəciklərdə bu fənnin incəlikləri incə ruhlu şagirdlərimiz tərəfindən işıqlandırıldı. İşıqlanan səhnə həm müəllimlərimizin, həm qonaqlarımızın qəlbini nurlandırdı.
Gecənin sonunda məktəbin direktoru R.Ə.Naibova çəkdikləri əziyyətə, təşkil etdikləri gecəyə görə riyaziyyat müəllimləri və iştirak edən şagirdlərimizi təbrik etdi və uğurlar arzuladı.