Rəsm müsabiqəsi

Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olan, 28 ildir hər dəfə xatırladıqca ürəklərimizi göynədən “20 Yanvar” hadisələri məktəbimizdə hər il qeyd edilir. Bu ağrılı günün acısını özləri xatırlayıb xalqımızın yaddaşında təzələməyə çalışan şagirdlərimiz müxtəlif müsabiqələrdə iştirak edir, öz ağıllı fikirlərini, düşüncələrini sözlə çatdırmaqla qalmır, rəsm edərək göstərir, hər cizgidə tarixin bir səhifəsini göz qabağına sərə bilirlər. Belə şagirdlərimiz çoxdur, biridə 7b sinfində təhsil alan Rasulova Könüldür. Könül Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi Rəsm müsabiqəsində iştirak etmiş və qaliblər sırasına çıxmışdır. Təbrik edirik.