Riyaziyyat fənnindən açıq dərs

Yanvar ayı baxmayaraq ki, Azərbaycan xalqının tarixində Qanlı yaddaş kimi yazılıb. Lakin bu heç də o demək deyil ki, biz əlimizi çəkib oturaq. Əksinə, daha çox çalışmalı, xalqının müdafiəsinə qalxıb qırğına gedən şəhidlərimizin ruhu qarşısında borcumuzu yerinə yetirməli, daha savadlı, gələcəyimizi müdafiə edə biləcək insanlar yetişdirməliyik. Bu münasibətlə biz riyaziyyat aylığını yanvar ayında daha yüksək səviyyədə keçirməyə çalışmış, tədbirlər, dəyirmi masalar, sərgilər təşkil etmiş, açıq dərslər keçirmişik.

   8b sinfində N.Məmmədovanın “Kvadrat tənliyin müxtəlif üsullarla həlli” mövzusunda keçirdiyi açıq dərsdə şagirdlərimiz öz biliklərini nümayiş etdirmiş, dərs bütün açıqlığı ilə lövhədə nümayiş etdirilmiş, hər kəs yaratdığı və işlədiyi fikirlərin cavabını göstərə bilmiş, yerlərdə birgə şəkildə əməkdaşlıq etmiş, qazanmaq üçün mübarizə aparmış, yüksək səviyyədə keçirilən dərsin sonunda şəhidlərimizə həsr olunmuş şeir keçirilən dərslə əlaqələndirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi