Riyaziyyat fənnindən açıq dərs
Bütün elmlərin şahı olan riyaziyyat kiçikdən böyüyə hamıya lazımdır və ən qiymətli cövhərlərdən qiyməlidir. Riyaziyyatı bilmək kainatı anlamaq, çətin məqamlara cığır açmaq, yol tapmaqdır. Bunu hamıdan yaxşı bilən riyaziyyat müəllimlərimiz şagirdlərimizə elmin sirrini, digər elmlərlə əlaqəsini öyrədirlər. Bunun üçün müxtəlif vasitələrdən istifadə edir, tədbirlər, gecələr, dəyirmi masalar təşkil edir, açıq dərslər keçirirlər. Belə dərslərdən biri də 6b sinfində N.Gülnar müəllimin “Tənliklər” mövzusunda keçirdiyi “açıq dərs” oldu. Dərsdə şagirdlər həm qruplar, həm cütlüklərlə işləyir, hər kəs biliyini bildiyindən artıq nümayiş etdirməyə, digər yoldaşlarına qalib gəlməyə, qazanmağa çalışırdı. Müəllim şagirdlərlə səmimi ünsiyyət qurur, onların sərbəst işləməsinə şərait yaradır, daha yaxşı işləməyə ruhlandırırdı. Yüksək səviyyədə keçirilən dərs şagirdlərin biliyini nümayiş etdirdi.