Şəhidlərin anımı

Bakı şəhəri 35№li tam orta məktəbin şagirdləri tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva və müəllim kollektivi hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş Şəhidlər Xiyabanını ziyarət etmişlər.Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Hadisə nəticəsində 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.