İlk dərslər 20 Yanvara həsr edildi.

Yanvarın 19-da ilk dərslər 20 Yanvar-Ümumxalq Hüzn Gününə həsr edildi. Tədris olunan dərslər şagirdlərdə vətənə məhəbbət, onların vətənə layiqli övlad kimi yetişməsində xüsusi əhəmiyyət daşıyır. Dərslərdə ilk olaraq xalqımızın azadlıq uğrunda canlarını qurban vermiş vətən övladlarının xatirələri bir dəqiqəlik sükutla yad edildi. Müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda tarixə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələri barədə şagirdləri məlumatlandırdılar. 20 Yanvar hadisələrinin nəticələrindən şəhid kimi əbədiyyətə qovuşan vətən övladlarının şücaəti şagirdlərin vətənə olan məhəbbətlərini bir daha möhkəmləndirəcək.