8b sinfində açıq dərs

15 yanvar 2018-ci il tarixində rus dili fənnindən Qədirova Şəfəq müəllimənin 8b sinfində “Kitab bizim dostumuz və məsləhətçimizdir” mövzusunda açıq dərsi keçirildi.
Şagirdlər kitabın qədim dövrdən başlayaraq bu günə qədər keçdiyi yolu göstərərək onun necə yaranmasından söhbət açdılar, bizim həyatımızda mütaliənin nə qədər vacib olduğunu,kitabın mahiyyətini izah etdilər.
Dərsdə şagirdlər məktəb kitabxanasından necə istifadə etdiklərini dialoqlarla söyləyib ziyarət etdikləri “Miniatür kitab muzeyi”ndə öyrəndiklərindən söhbət açdılar, maraqlı məlumatlar verdilər. Dərsin sonunda şagirdlər kitabın onların həyatında oynadığı mühüm rolunu qeyd edərək “Kitab bizim dostumuzdur” ifadəsini inamla işlətdilər və kitab haqqında müxtəlif atalar sözləri, tapmacalar söylədilər.