Muzeylərə ekskursiya

Müasir dövrdə şagirdlərimizin intellektual səviyyəsini yüksəltmək, dünyagörüşünü artırmaq, layiqli bir vətəndaş yetişdirmək üçün məktəb təhsilindən başqa onların ətraf mühitlə də əlaqəsini genişləndirmək lazımdır.
Belə ki,“Çox gəzən,çox bilər!” atalar sözünə istinad edərək şagirdlərini daha çox məlumatla zənginləşdirmək məqsədilə rus dili müəllimləri Qasımova Əntiqə və Qədirova Şəfəq səkkizinci sinif şagirdləri ilə birgə “Miniatür kitab muzeyi”nə və“Şirvanşahlar sarayı”na ekskursiya təşkil etmişlər.
Şagirdlərimiz muzeyin direktoru və təsisçisi Zərifə Salahovanın 30 illik zəhməti nəticəsində topladığı mini kitablarla tanış olmuş, xalqımızın qədim tarixinə yenidən xəyalən səyahət edərək bilmədikləri məlumatlarla öz biliklərini zənginləşdirmişdilər. Aldıqları hər bir maraqlı məlumat onların hərtərəfli inkişaf etməsinə, vətənə layiqli övladlar kimi böyümələrinə köməklik edir.