VIc sinfində açıq dərs

Dilin insanlar arasında ünsiyyət vasitəsi olduğunu bilən müəllimlərimiz dil dərslərinə xüsusi diqqət yetirir, Azərbaycan dili ilə yanaşı digər xarici dillərin də keçirilməsinə və şagirdlərə öyrədilməsinə daha çox diqqət göstərirlər. Məktəbimizdə xarici dillərdən ingilis dili və rus dili tədris edilir. Rus dilinin öyrənilməsinə şagirdlərimiz daha çox maraq göstərirlər. Bunu nəzərə alıb, tez-tez fənn gecələri, dəyirmi masalar təşkil edir, “açıq dərs”lər keçiririk. Həmin dərslərdən biri də 6c sinfində Q.Əntiqə müəllimənin “Həkimin qəbulunda” başlıqlı açıq dərsi oldu. Dərsdə şagirdlər və müəllim ancaq rus dilində danışır, şagirdlər mövzunun mahiyyət və nəticəsini asanlıqla anladır, qruplarda əməkdaşlıq edir, təqdimatlarını da məntiqlə və ardıcıl təqdim edirdilər.
Şagirdlər həkimlik sənətinin sahələrindən, tibb avadanlıqlarından, müalicə işindən maraqlı məlumatlar verdilər. “Həkimin qəbulunda”, “Təcili yardım çağırışı”, “Əczaxanada” mövzularında dialoq quraraq kiçik səhnəciklər göstərdilər.