Lütfizadə və onun maraqlı faktları

Elm bir ocaq,işıq olduğu,bu işığı yandıran,ocağa istilik verən insanlar isə bəşəriyyətin ən önəmli varlıqları olduğu hamıya məlumdur.Bu varlıqlar alimlər,ixtiraçılar,bir sözlə,vətənə,onun vətəndaşlarına xidmət edən,lazım gələrsə, amalları yolunda canını belə verməyə hazır olan vətənpərvər insanlardır.

    Belə insanlarımızdan biri də Azərbaycanın dünyada tanınan,ixtiraları ilə bütün ölkələrə milyardlarla xeyir verməyi bacaran “Qeyri-səlis məntiq nəzəriyyəsi”nin banisi Lütfi Zadədir.Lütfi Zadəni indiki nəslin daha dərindən tanıması,onun ixtiralarından bəhrələnməyə çalışmaları üçün məktəbimizin riyaziyyat müəllimlərinin təşəbbüsü ilə “dəyirmi masa” keçirildi.Tədbir boyunca Lütfi Zadəyə həsr olunmuş video-slayd nümayiş etdirildi.“Dəyirmi masa”nın əsas məqsədi şagirdlərdə riyaziyyata marağı möhkəmləndirmək,eyni zamanda Lütfi Zadəyə aid maraqlı faktları əldə etməkdir.

    Tədbirin sonunda məktəbin direktoru Rəna Naibova “dəyirmi masa”nın keçirilməsində iştirak edən şagirdlərə uğurlu çıxışları üçün təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi