Açıq dərs

Şagirdlərin oxumaları,elmlərin dərinliklərinə dalıb,qavramaları, tükənməyən elm xəzinəsinə sahib ola bilmələri üçün məktəbimizdə müxtəlif tədbirlər, dəyirmi masalar, seminarlar və sair təşkil edilir və keçirilir.

Bu tədbirlər sırasında “açıq dərs”lər xüsusi önəm təşkil edir. Şagirdlər biliklərini nümayiş etdirir, birlikdə çalışır, əməkdaşlıq yaradır, istədiklərinə nail olmaq üçün rəqabət aparırlar. Bunu nəzərə alaraq müxtəlif fənlərdən “açıq dərs”lər keçirilir.

Azərbaycan dilindən VIC sinfində keçirilən açıq dərsdə şagirdlərimizin suallara verdikləri cavablar, qruplarda apardıqları rəqabət, qazanmaq üçün göstərdikləri cəhd, onların bir-birini anlamaları, əməkdaşlıq qurmaları, müəllimlə bir fərd, bir şəxsiyyət kimi dialoq qura bilmələri onların gələcəkdə vətən üçün ən ağıllı və bacarıqlı bir şəxsiyyət olacaqlarını sübut edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi