“20 Yanvar faciəsi” ilə əlaqədar dəyirmi masa keçirildi

Dəyirmi  masada şagirdlər Azərbaycanda gedən ictimai-siyasi hadisələri, xalq hərəkatının imperiya üçün yaratdığı təhlükədən danışdılar. 28 il əvvəl 1990-cı il SSRİ ordusu Bakıda qanlı qırğın törətdiklərini əks etdirdilər. Şagirdlər qeyd etdilər ki, Azərbaycan xalqı tarixən özünün dövlətçilik ənənələrini yaşatmaq, müstəqillik uğrunda mübarizə aparmışlar. Rus müstəmləkəçiliyində yaşamış,bir dəfə öz Demokratik Respublikasını itirmiş Azərbaycan xalqı Dağlıq Qarabağda müharibə başladıqdan sonra azadlıq mübarizəsini gücləndirdi. Bunun qarşısını almaq istəyən imperiya Bakıya qoşun yeritdi. Yüzlərlə insan qətlə yetirildi, yaralandı. O gecə şəhid olan insanlarin müstəqillik toxumu səpdikləri qeyd olundu. Şagirdlər 1 dəqiqəlik sükutla şəhidləri andılar və onlara Allahdan rəhmət dilədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi