IX sinif şagirdləri ilə Optantın anketi

Hər bir insanın həyatında işin mühüm rol oynadığını, onun vəziyyətinə və əhval-ruhiyyəsinə böyük təsir göstərdiyini bilirik. Tədqiqatçılar göstərirlər ki, uğurla seçilən peşə özünə hörmət və insanın özü haqqında müsbət təsəvvürünü artırır, fiziki və psixi problemlərin baş vermə ehtimalını azaldır. Məhz bu səbəbdən, peşələr aləminə daxil olan insan üçün düzgün seçim etmək vacib sayılır. IX sinif şagirdləri ilə aparmış olduğumuz “ Optantın anketi” testi şagirdlərin hansı peşələri seçəcəyini, hansı peşəyə yiyələnəcəkləri barəsində oldu.Sorğunun sonunda şagirdlər bu mövzuda müəyyən tövsiyyələr verildi və hər birinə uğurlar diləndi.