Yol hərəkətini bilmək vacibdir.

Məktəb şagirdlər üçün təlim verməklə, elm öyrətməklə yanaşı, həm də tərbiyə ocağıdır. Burada şagirdlərin zehni inkişafı ilə yanaşı digər sahələri də bilmələri vacib sayılır və öyrədilir. Şagirdlərə öyrədilən nizam-intizam qaydaları arasında  “Yol hərəkəti qaydaları”  ən vacib sayılan və lazım olan bacarığın aşılanmasıdır ki, burada şagirdlərin sağlıqları əsas götürülür.

            Şagirdlərə yoldan keçərkən necə hərəkət etmək, sağ, sol tərəfləri necə müəyyənləşdirmək, yol kənarlarına vurulan müxtəlif işarələr, onların mənaları haqqında məlumat verilir və öyrədilir, müəyyən tədbirlər keçirilir. Belə tədbirlərdən biri də aşağı sinif şagirdləri arasında keçirilən  “Yol hərəkəti qaydalarını bilmək vacibdir”  adlı tədbir oldu.

            Həmin tədbirdə şagirdlər yol hərəkəti qaydaları haqqında danışdılar, hazırladıqları yol nişanlarını, plakatları nümayiş etdirdilər və mənalarını izah etdilər. Sonra şagirdlər üçün yol hərəkəti qaydalarına aid film göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi