Hafizənin yoxlanılması metodikası

Uşaqlar hansı mühitdə tərbiyə alır, böyüyürsə, həmin mühitin xarakter-xüsusiyyətlərini daşıyır və inkişaf etdirirlər. Odur ki,tərbiyə və tədris ocağı olan məktəb həmişə ailə və cəmiyyətlə əlaqə saxlayır, gələcək üçün lazımlı şəxsiyyətin tərbiyələnməsini təşkil edir.
Bilirik ki, hafizə və qavramanın inkişafında ictimai mühitin, eləcə də, tərbiyənin rolu böyükdür. Ailə, sosial mühit uşağın düşünmə qabiliyyətini,əqlini inkişaf etdirir.
Nəzərə almaq lazımdır ki, uşaqlarda hafizənin inkişafı müxtəlif yaş dövrlərində fərqli formalarda inkişaf edir. Şagirdlərlə hafizənin yoxlanılması üçün “Ardıc quşu” adlı materialdan istifadə edildi. Aparılan yoxlamanın sonunda şagirdlərə müəyyən tövsiyyələr verildi.