Qaliblərimiz.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında keçirilmiş gənc kimyaçıların yaradıcılıq müsabiqəsinin qalibləri bəlli olub. Müsabiqənin final mərhələsində 15 məktəb qalib yer uğrunda yarışmış, şagirdlər onlara verilən sualları cavablandırmış və nəticədə məktəbimizin komandası 44 balla rəqiblərini geridə qoyaraq müsabiqənin qalibi olmuşlar. Qaliblərimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.