Şagirdlərimiz Gənc Tamaşaçılar Teatrında

Təhsillə həmişə tam bağlı olan dövlət işçilərimiz təhsilə qayğı göstərməklə yanaşı, həm də şagirdlərimizin gözəl istirahət etmələri, keçirilən tədbirlərdə yaxından iştirak etmələri üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəsimi Rayon İcra Hakimiyyətinin Gənc Tamaşaçılar Teatrında təşkil etdiyi “Yeni il” şənliyinə şagirdlərimizin dəvət edilməsi bunu bir daha sübut edir. Kiçik yaşlı şagirdlərimiz təşkil olunmuş tədbirdə yaxından iştirak etdilər, əyləndilər.Onlar üçün təşkil olunmuş tamaşalara baxdılar. Tədbirin sonunda isə şagirdlərə hədiyyələr paylandı.
Bunun üçün tədbiri təşkil edən təşkilatlara minnətdarlığımızı bildiririk.