Tarixi yerlərə ekskursiyalar

    Sinifdənxaric və məktəbdənkənar tədbirlər şagirdlərin dünyagörüşlərinin formalaşması, tarixi abidələrimizi, vətənimizin tarixini öyrənmələri üçün ən yaxşı vasitədir. Bunu nəzərə alan Təhsil Nazirliyi və Bakı şəhər Təhsil İdarəsi şagirdlərimizin mənəvi istirahətini, milli-mənəvi dəyərlərimizə olan maraqlarını və onları necə qoruyub saxlamağı öyrənmələrinin vacibliyini nəzərə alıb müxtəlif muzey, kitabxana və digər görməli yerlərə ekskursiya təşkil edir, bunun üçün şərait yaradırlar.

            Belə tədbirlərdən biri də Təhsil Nazirliyinin təşkil etdiyi Təhsil muzeyinə şagirdlərimizin aparılması və oradakı tarixi nümunələrlə tanışlığı idi. Muzey işçiləri şagirdlərimizə yazının ən qədim nümunələri, yaranma tarixi, Azərbaycan əlifbası, elmin, təhsilin inkişafı üçün ömürlərini sərf etmiş maarifçilərimiz, ilk məktəblərin yaranması və yaradanları haqqında məlumat verdilər. Bizim üçün isə ən maraqlı, daim yolunu tutduğumuz Ulu Öndərimiz Heydər Əliyevin təhsilimizin inkişafındakı fədakarlığı, ölkənin tanınması üçün gənclərin oxumasına göstərdiyi qayğı haqqında verilən məlumat oldu.

 

            

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi