“Çörək-müqəddəsdir,çörək-əzizdir”

        Elmin tükənməzliyi,igidin basılmazlığı,torpağın toxunulmazlığı,çörəyin müqəddəsliyi hər bir xalqın yaşaması,tarixə yazılması üçün əsas şərtdir.Bunu hamımız bilir və qorumağa çalışır,uşaqlarımızı da bu ruhda tərbiyə edir,təhsil veririk.Bu məqsədlə məktəbimizdə dəyirmi masalar,tədbirlər təşkil edirik.Məktəbimizdə 7-ci sinif şagirdlərinin iştirakı ilə “Çörək müqəddəsdir,çörək əzizdir” mövzusunda dəyirmi masa keçirildi.Dəyirmi masada çörəyin tarixindən söz açılaraq,onun yaranmasının qədim dövrlərə qədər gedib çıxdığı qeyd olundu.Çörəyin qədim dövrdə və müasir həyatda hansı üsulla becərilməsindən söhbət edilərək,onun bizim həyatımızdakı rolundan,tərkibindəki vitaminlərdən,mikroelementlərdən məlumat verildi.Şagirdlər çörəyin tarladan süfrəmizə qədər keçdiyi yolu göstərərək,onun istehsalında 120 peşə adamının yüksək zəhmətinin olduğunu qeyd etdilər.Çörəyin folklorumuzda və ədəbiyyatımızda tutduğu yeri qeyd edərək,ona həsr olunmuş şeirlər,atalar sözləri,tapmacalar söylədilər.Rəssamlarımızın çörəyə həsr etdiyi şəkilləri,tabloları göstərərək çörəyin müqəddəsliyini xüsusilə vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi