Açıq dərs

Elm çıraq,müəllim onun işıqverənidir.Məktəbimizdə şagirdlərin oxuması,gələcəkdə vətənin keşikçisi olması,elmin,təhsilin hər bir sahəsinə yiyələnməsi üçün yaradılan şərait,müəllim-şagird münasibətlərinin düzgün qurulmasının əsas şərtlərdən olduğunu hamımız bilir və buna əməl etməyə çalışırıq.Bu kimi vasitələrdən biri də siniflərdə “Açıq dərs”lərin təşkil edilməsi,şagirdlərdə fənnə marağın artırılmasıdır.
Məktəbdə Azərbaycan dili və Ədəbiyyat aylığının keçirilməsi ilə əlaqədar VIb sinfində Məmmədova Aybəniz müəllimin Ədəbiyyat fənnindən açıq dərsi keçirildi. Şagirdlər dərsdə bütün bildiklərini və bilmək istədiklərini nümayiş etdirir, güclü elmi rəqabət aparır,yaradıcılıq qabiliyyətlərini nümayiş etdirir,birinci olmağa çalışırdılar.