Şagirdlərin yaşıdları ilə münasibəti,özünütərbiyə problemləri

Şagirdlərin təlimlə yanaşı tərbiyələrinin böyük şərt olduğunu bilirik.Həmişə onlarla bu mövzuda söhbət aparır,psixoloji durumlarını nəzərə alır,bir şəxsiyyət,fərd kimi yetişmələri üçün müxtəlif tədbirlər:dəyirmi masalar,seminarlar keçiririk.Keçirilən seminarda təlim-tərbiyənin milli dəyərlərimiz olan adət- ənənələrə uyğun əsas keyfiyyətləri insanın inkişafında formalaşdırdığını çatdırır və müstəqilliyimizin hazırki,mərhələsində gənc nəslin əxlaq tərbiyəsinin rolu və əhəmiyyəti xeyli artırmışdır.Cəmiyyətdə yeni nəslin əxlaq tərbiyəsi gələcəyimiz üçün zəruri şərtdir.Tərbiyə psixologiyası sahəsində tədqiqat aparan psixoloqlar belə bir qənaətə gəlmişlər ki,şagird şəxsiyyətinin təşəkkülündə həlledici yeri təkcə onların fəaliyyətinin düzgün təşkili,şagirdlərin əxlaqi davranış təcrübələri toplamaları tutmur,eyni zamanda burada düzgün əxlaqi davranış motivlərinin tərbiyə edilməsi də mühüm rol oynayır.
Seminarda şagirdlərə düzgün davranış təlim-tərbiyə barəsində tövsiyyələr verildi və şagirdlərin ünvanladığı suallar dolğun cavablandırıldı.