Şagirdlərimiz voleybol yarışında

Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən Ali məktəblərarası voleybol yarışları ilə əlaqədar tədbirdə məktəbimizin 9-10-cu sinif şagirdləri azarkeş simasında iştirak etdilər.Tədbirdə fiziki tərbiyə müəllimləri Ağasadıq Rzayev,Xəyalə Rzayeva və 20 nəfər şagird iştirak etdi.Yarışda Azərbaycan Tibb Universiteti ilə Azərbaycan Dillər Universitetinin voleybol komandaları qarşılaşırdı.Maraqlı keçən oyunda ATU komandası 3:0 hesabı ilə ADU-ya qalib gəldi.