MƏN HƏMİŞƏ FƏXR ETMİŞƏM,BU GÜN DƏ FƏXR EDİRƏM Kİ,MƏN AZƏRBAYCANLIYAM!

          Məktəbimizdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi.Tədbir H.Əliyevin öz səsi,azərbaycanlı olması ilə fəxr etməsi,xalqı uğrunda gördüyü işlərin işıqlandırılması,dünya liderləri arasındakı mövqeyi ilə davam etdirildi.Tədbirdə müəllimlər və şagirdlər çox böyük həvəslə iştirak etdilər.Onun haqqında qızıl hərflərlə tarixə yazılan fikirlər söylədilər.Ulu Öndərin bu günkü müstəqil,öz siyasi durumu ilə dünyada mövqeyi olan bir Azərbaycan yaratdığını və onu ən etibarlı bir şəxsə Azərbaycanın bu günkü prezidenti İ.Əliyevə həvalə etdiyini,müstəqil dövlətin mövqeyini işıqlandırdılar.Şagirdlərimiz onun haqqında yazılmış şeirlər söylədilər.H.Əliyevin dilini,dinini necə sevdiyini,Azərbaycan dili haqqında fikirlərini səsləndirdilər.Dahi şəxsiyyətin ”Mən həmişə fəxr etmişəm,bu gündə fəxr edirəm ki,mən azərbaycanlıyam” kəlamı ilə sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi