Ölkəmizi Tanıyaq

Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin ıx-xı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” adı altında keçirilən növbəti-vı maarifləndirici tur-aksiya çərçivəsində Nəsimi rayon məktəblərindən seçilmiş 40 nəfər istedadlı, fəal və əlaçı şagird Lənkəran-Masallı-Astara istiqamətində yola salınıblar. Həmin məktəblər arasında 35№li tam orta məktəbin X sinif şagirdləri İsmayılov İsmayıl və Rəhimova Ləman da iştirak etmişdir. Məktəblilər Heydər Əliyev abidəsi önünə gül çiçəklər düzərək Ümummilli Liderə ehtiram və dərin məhəbbətlərini bildirdilər. Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə yola salınmışlar.Lənkəran-Astara-Masallı istiqaməti üzrə səfər edən iştirakçılar Lənkəran rayonunda “Qoşa Qala” qapıları, Həzi Aslanovun ev muzeyi, Dairəvi qala, Mayak binası, Hirkan Milli Parkı, Xanbulan gölü, çay plantasiyaları, sitrus meyvə bağları ilə, Astara rayonunda şəhər bulvarı, “Yanar bulaq” və “Astaraçay” çay fabriki ilə, Masallı rayonunda Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq İncəsənət Məktəbi, Dövlət Rəmzləri Muzeyi, ASAN həyat kompleksi, Viləşçay su anbarı ilə tanış olmuşlar.