Şagirdlərlə peşəyönümlü tədbir

Əmək insan həyatının cövhəri olduğunu, əməkçi insanın heç vaxt yenilmədiyini bilirik. Uşaqları kiçik yaşlarından əməyə alışdırmaq bizim ümdə vəzifələrimizdəndir. Bu vəzifənin əsası olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ümumtəhsil məktəblərində peşəyönümü sisteminin gücləndirilməsi məqsədilə yuxarı sinif şagirdləri və onların valideynlərinə peşəyönümü məsləhətlərinin verilməsinə həsr olunmuş tədbirlərin keçirilməsi istiqamətində işlər aparılır.
Belə tədbirlərdən biri də bizim məktəbimizdə keçirildi. Tədbirin təşkilatçıları valideynlərə və şagirdlərə əməyin insan həyatındakı rolundan danışdılar. İnsanın hansı sahədə daha böyük nailiyyət qazanacağının onun əməyinin bəhrəsindən asılılığı qeyd edildi. Şagirdlərin peşə seçmək sahəsində fikirləri dinlənildi. Verilən suallar cavablandırıldı.