Ana dilimizi sevək-sevdirək

Bilirik ki, hər hansı bir millətin varını, dövlətini, torpağını əlindən alsalar, onu məhv edib yer üzündən silə bilməzlər. Lakin dilini əlindən alsalar, həmin millət yox olar, yer üzərindən silinər.İnsanın hansı ölkədə yaşaması, hansı dildə təhsil alması onun öz dilinə, dininə olan sevgisini azaldıb yox etməz.Ana laylası ilə ruhumuza hopan dilimizi sevmək, onu yad təqiblərdən qorumaq bizim borcumuzdur. Dilimizə sevgimizi daha mükəmməl çatdırmaq,məhəbbətimizi bildirmək üçün məktəbimizdə dilə aid müxtəlif tədbirlər keçirilir,dəyirmi masalar təşkil edilir.Belə dəyirmi masalar ən çox məktəbin kitabxanasının oxu zalında, kitablar aləmində, müdriklərin söz boxçasını açıb öyrənmək və müzakirə etməklə başlanır.
5”B” sinfinin iştirakı ilə təşkil edilən dəyirmi masada müəllim Z.Xəlilova dilimiz, onun tarixi qrammatik quruluşu, ahəngdarlığı haqqında məlumat verdi. Şagirdlər ana dilimzə aid müdrik sözlər, şeirlər söylədilər,öz fikirlərini bildirdilər.Deyilənlərdən məlum oldu ki,dilini sevməyən insan əsl vətəndaş ola bilməz.