HÜQUQLARIMIZI BİLƏK

Məktəbin kitabxanasında X sinif şagirdlərinin iştirakı ilə “Hüquqlarımızı bilək”mövzusunda dərs keçirilmişdir. Dərsi Azərbaycan Respublikası Ombudsman aparatı əməkdaşlarının məktəbimizdə “ Uşaq hüquqlarını qoruyaq” mövzusunda keçirtdikləri dərsin iştirakçıları Rüstəmov Nicat, Rəsulzadə Kənan, İsmayılov İsmayıl apardı. Şagirdlər dərs zamanı öyrəndiklərini, onlara verilən vəsaitlərdən danışdılar. Dərsdə şagirdlərə Uşaq Hüquqları konversiyasının yaranma tarixindən, uşaqların öz hüquqlarını necə qorunması yollarından danışıldı. Dərs qarşılıqlı sual-cavab formasında çox maraqlı keçdi.