İstedadlı şagirdlərin fənn müsabiqəsi

Bilirik ki, insan zəkası, elmi, biliyi onun həyat yolunun nuru- işığıdır.

Bu işığın axdığı istiqamətdə gedən insan heç vaxt peşman olmaz. Hər bir xalqın, millətin dünya miqyasında tanınması, bayrağının bayraqlar arasında dalğalanması üçün onun istedadlı insanlarının yaradıcılığı əsas amillərdəndir. Şagirdlərimizin gələcəyi necə quracağı, idarə edə biləcəyi həmin uşaqların bu gün nəyə qadir olduqların göstərə bilmələrindən irəli gəlir. Bu irəliləyişin gələcəkdə verəcəyi bəhrəni bilmək, istedadlı şagirdlərin aşkar edilməsi məqsədi ilə məktəbin illik fəaliyyət planına uyğun olaraq, məktəbimizdə “ İstedadlı şagirdlərin fənn müsabiqəsi” keçirildi. Bu işdə məktəbin müəllim  və şagirdləri çox böyük həvəslə iştirak etdilər. Şagirdlər elmin hansı sahəsini daha yaxşı bildiklərini, nümayiş etdirmək üçün fənn müəllimləri tərəfindən hazırlanmış sualları cavablandırdılar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi