Uşaq hüquqları aylığı.

Uşaqlar cəmiyyətin və dövlətin gələcəyidir. Onların yaşadıqları ölkədə hüquqları təsbit olunmalı və qorunmalıdır. Bizim dövlətimiz həmişə uşaqların qeydinə qalır, onların oxumaları, mükəmməl təhsil almaları, fikirlərini aydın və sərbəst şəkildə söyləyə bilmələri, dövlətin bütün imkanlarından istifadə hüquqlarının qorunmasını təmin edir. Uşaqların məktəblərdə pulsuz kitablarla, hər cür əyani və texniki vəsaitlə təchiz olunmuş məktəblərdə təhsil almaları təşkil edilir.
Respublikada keçirilən Uşaq Hüquqları aylığında məktəbimiz də yaxından iştirak edir, uşaqların bir fərd, şəxsiyyət kimi böyümələri üçün lazımı şərait yaradır,yaxşı oxumaları və gələcəkdə öz sözünü deyə bilən bir şəxsiyyət kimi böyümələrinə çalışırlar.
1b sinfində “Hüquqlarını bil” adlı maarifləndirici dərs keçirildi. Dərsdə kiçik yaşlı uşaqlara öz hüquqlarını bilmələri haqqında danışıldı.
 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi