Vətənin qüruru – Bayraq

Hər bir millətin, hər bir xalqın ən böyük sərvəti müstəqilliyi, azadlığıdır. Lakin müstəqillik heç də asan əldə edilmir. Bunun üçün vətən və onun övladları qarşısında çətin sınaqlar dayanır. Azad yaşamaq, azadlığı qoruyub saxlamaq üçün qurbanlar tələb olunur. Bilirik ki, müstəqillik yalnız sərvət, dəyər deyil. Müstəqil dövlət hər bir xalqın varlığının qorunmasının, təhlükəsizliyinin təminatıdır.1918-ci il mayın 28-də xalqımız müstəqil dövlətçiliyini elan etdi, özünün başı üzərində bu gün inamla dalğalanan üçrəngli bayrağını- Dövlət bayrağını 9 noyabrda təsis etdi.Hər il böyük qürurla qarşıladığımız bu günü bu ildə məktəbimizdə müxtəlif tədbirlər keçirməklə qeyd etdik. Belə tədbirlərdən biri də XI sinifdə keçirilən inşa yazı müsabiqəsi oldu. Şagirdlər bu yazını qürur hissi ilə yazır, özlərini vətənin qurucuları olduqlarını, bayrağı isə həyatın xoşbəxtliyi, azadlığı və bu azadlığın daim başımız üzərində dalğalanacağını inamla qeyd edirdilər.