Şagirdlərimiz “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbirdə

“İslam həmrəyliyi ili” çərçivəsində Nəsimi rayonunda rayon ictimayəti nümayəndələrinin, qeyri hökümət təşkilatlarının, təhsil, rayon ərazisindəki dini icma rəhbərlərinin və İslam ölkələrinin səfirliklərinin nümayəndələrinin iştirakı ilə “İslam Həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” adlı tədbir keçirilmişdir. Tədbirdə həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Azərbaycan Tibb Universitetində, Bakı Slavyan Universitetində və Azərbaycan Dövlət Dillər Universitetində təhsil alan xarici ölkələrin tələbələri iştirak edirdilər. Tədbirin əvvəlində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərinə həsr olunmuş video-çarx nümayiş olunmuşdur. Sonra 54 İslam ölkəsinin milli geyimlərini geyinmiş, əllərində həmin ölkələrin bayraqları ilə alqış sədaları altında məktəblilər zala daxil olmuşlar. Tədbiri giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov tədbir iştirakçılarını salamlayaraq keçirilən tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli Sərəncamı ilə 2017-ci il Azərbaycan Respublikasında “İslam həmrəyliyi ili” elan edilmişdir. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi, belə tədbirlərin keçirilməsinin vacibliyini xüsusi qeyd etdi. Keçirilən tədbirdə məktəbimizin rəhbərliyi və islam ölkələrinin milli geyimlərini geyinmiş şagirdlərimiz yaxından iştirak etdilər. Tədbirin sonunda İslam ölkələrinin milli rəqslərindən ibarət konsert təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi