Məktəbimizdə “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” adlı tədbir.

Məktəbimizdə “Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi” ictimai birliyinin təşəbbüsü ilə “Gənclərin əmək bazarına çıxış imkanlarının artırılması” adlı tədbir keçirildi. Tədbirə məktəbin yuxarı sinif şagirdləri dəvət olunmuşdu. Onlarla Gənclərin əmək bazarına çıxış imkanlarının artırılmasının müxtəlif yolları haqqında söhbət aparıldı, diskusiyalar təşkil olundu. Şagirdlərimiz müxtəlif qruplara ayrılaraq bu imkanın birinci oxumaq, ali məktəblərin günün tələbini ödəyən ixtisaslarına qəbul olaraq, həyatı qazanmağın yolları haqqında fikirlərini bölüşdülər. Əmək bazarına çıxış imkanının onların gələcəyinin təminatı olacağı fikrini irəli sürən şagirdlər tədbirin təşkilatçılarına müxtəlif suallarla müraciət edib, cavab aldılar. Verilən sualları cavablandırdılar.