Yarat Müasir İncəsənət Mərkəzində bir gün

Şəhərimizdə fəaliyyət göstərən Yarat Müasir İncəsənət Mərkəzi məktəblərə sıx münasibət qurur. Məktəblilər üçün təşkil olunmuş müəyyən tədbirlərə, sərgilərə, konsertlərə məktəbliləri dəvət edirlər. Bu tədbirlər şagirdlərin yaş qruplarına uyğun təşkil olunur. 20.10.2017-ci il tarixdə 2b sinif şagirdləri həmin tədbirlərdən birinə qatıldı. Onlar əvvəlcə Mərkəzlə yaxından tanış oldular. Daha sonra onlar üçün film göstərildi. Film səssiz idi. Şagirdlər filmə baxdılar. Sonda onlara ünvanlanmış suallara cavab verdilər. Filmlə bağlı fikirlərini söylədilər. Mərkəzin bələdçiləri maraqlı oyunlar keçirdilər. Oyun zamanı şagirdlər həm düşünməli, fikir yürütməli həm də müəyyən hərəkətlər etməli idilər. Bu səbəbdən oyun məktəblilərin çox xoşuna gəldi. Ümumiyyətlə ikincilər bu səyahətdən böyük əhval-ruhiyyə ilə qayıtdılar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi