Məktəblilərimiz “Uşaq Hüquqları aylığı” tədbirində

BMT-nin “Uşaq Hüquqları Konvensiyası”nın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixlərində respublikamızda “Uşaq Hüquqları aylığı” elan olunmuşdur. Aylığın keçirilməsində əsas məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması, uşaqlara qayğının gücləndirilməsini həyata keçirməkdir.Hər il olduğu kimi, bi il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə keçirilən aylığa Nəsimi rayonunda start verilmişdir. 23№ li tam orta məktəbdə Nəsimi rayon İcra Hakimiyyəti ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi tədbirdə Nəsimi rayon tam orta məktəblərində təhsil alan məktəblilər də iştirak etmişlər. Tədbirində Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini G.Verdiyeva bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.Həmin tədbirdə məktəb rəhbərliyi və şagirdləri də iştirak etmişlər. Tədbirdə şagirdlərimizin Uşaq Hüquqlarına aid hazırladıqları rəsmlər nümayiş etdirilmişdir. Məktəbimiz tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaq hüquqlarının müdafiəsi istiqamətində keçirilən tədbirlərdə fəal iştiraklarına görə diplomla təltif edilmişdir.