MÜSTƏQİLLİYİMİZ ƏBƏDİDİR.

Tarixdən öyrənmişik ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan çox çətindir. Azərbaycan XX əsrdə iki dəfə müstəqil, suveren dövlət yaratmaq hüququ qazanmışdır. Lakin əsrin əvvəlində əldə etdiyi müstəqilliyi saxlaya bilməmiş, 70 il bu itkinin acısı ilə tarixin təkrarını gözləmiş, 1991-ci il oktyabrın 18-də 23 ay şirinliyini daddığı müstəqilliyi yenidən əldə etmiş, lakin ölkədəki siyasi çəkişmələr müstəqilliyin beşikdəcə boğulması təhlükəsini reallaşdırmışdı. Böyük siyasi təcrübəyə malik olan ulu öndər Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı bu təhlükənin qarşısını almış, insanlar ona arxalanmış, öz suverenlik arzularının reallaşdığına inanmışlar. “Müstəqillik günü” münasibəti ilə məktəbin foyesində sərgi təşkil edilmiş, akt zalında müəllim və şagirdlərin iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə film nümayiş etdirilmiş, fikirlər söylənilmişdir.