OXUCULARIN KİTABXANAYA CƏLB EDİLMƏSİ

Məktəbimizin bədii əsərlərlə, dərsliklərlə tam təchiz olunmuş kitabxanası müəllim və şagirdlərimizin ən cox vaxt keçirdiyi, bir – biri iləəlaqə saxladığı məkandır. İşıqlı və geniş oxu zalı, orada yaradılmış şərait, kitabxananın səliqəsi, kitabxanaçının şagirdlərə göstərdiyi qayğı şagirdlərimizi kitabxanaya daha cox bağlayır. Buna görə də kitabxanada tez – tez oxu günləri keçirilir, mütaliələr təşkil olunur. Məktəbin ədəbiyyat müəllimi Z.Xəlilova 5b sinifi ilə birlikdə “Nağillar aləmində” adlı şifahi xalq ədəbiyyatının bu janrına aid nümunələr üzərində iş aparmış, şagirdlərə nağılların sehrindən, xeyrin şər üzərində qələbəsindən danışmış, mütaliə zamanı şagirdlərin kitablara marağı artmışdır.