METODİKİ İŞİN TƏŞKİLİ

2017/2018 – ci tədris ilinin “ Ümumi təhsildə keyfiyyət ili” elan olunması ilə bağlı məktəbdə seminar təşkil olunmuş, məktəbin direktoru R.Ə.Naibova Azərbaycan Respublikasının ümumi təhsil pilləsinin dövlət standartları və təhsil proqramları haqqında danışmış, təhsilin keyfiyyətinin yüksəldilməsi üçün müəyyən tövsiyələr vermişdir.Təlim–tərbiyə işləri üzrə direktor müavini A.Sofuyev qiymətləndirmənin aparılması qaydaları, təlim prosesinda nail olunmuş bilik, bacarıq və dəyərlər haqqında fikirlərinin müəllimlərə çatdırmış, standartların reallaşdırılması imkanları üçün fənnin tədrisində görüləcək əsas işlərdən danışmış, təlimçi müəllimlər P.Talıbova, S.Məmmədova dərsin hansı üsul və vasitələrlə təşkil olunması haqqında danışmış, əyani şəkildə nümayiş etdirmişlər. Digər müəllimlərimiz də diskusiyaya qoşularaq öz fikirlərini bildirmiş, şagird gündəliklərinin aparılması və yazılmasından danışmış, fikirlər söyləmişlər.