Ümümdünya Psixoloq Günü Qeyd Olundu

10 oktyabr 2017 ci il Bakı şəhəri Nəsimi rayonunun 35 n li tam orta məktəbində Ümümdunya psixologiya günü qeyd olunub.10-cu sinif şagirdləri ilə birlikdə məktəbin müəllim-psixoloqu Hüseynova Könül Ziyafət qızı psixologiya elminin tarixinə ekskursiya edərək,Azərbaycanın tanınmış alim-psixoloqlarını F.İbrahimbəyov,M.Həmzəyev,Ə.Bayramov,Ə.Əlizadə kimilərini yada salmışlar.Şagirdlər psixologiyanın predmeti və obyekti haqqında söhbət açdılar.Psixologiya elmi insanların fərdi psixoloji xüsusiyyətlərini və şəxsi keyfiyyətlərini fəaliyyət və ünsiyyət prosesində formalaşdırır.İnsanın özünü və ətraf aləmi dərk etməsində rol oynayır.