5 oktyabr-beynəlxalq müəllimlər günü tədbiri.

Müəllim ömrü qaranlığa işıq saçan, şöləsi günəş işığında da parlayan, evlərə nur, zehnlərə aydınlıq gətirən, yandıqca dalğalanan sönməz bir şamdır. Müəllimlər günü münasibəti ilə şagirdlərimiz öz müəllimlərini təbrik üçün məktəbin akt zalında Tərbiyə işləri üzrə direktor müavini A.Vəliyeva və Uşaq Birliyi Təşkilatı Rəhbəri ilə birlikdə tədbir təşkil etmiş, müxtəlif bacarıqlar nümayiş etdirərək müəllimləri qarşısında çıxış etmişlər. Tədbiri məktəbin direktoru R.Ə.Naibova açaraq müəllimləri təbrik etdi, tədbir iştirakçılarına “Müəllim günü”nün necə yaranması tarixi haqqında məlumat verdi, müəllimlərin əməyinə verilən yüksək qiymət üçün Respublikanın Prezidenti cənab İlaham Əliyevə minnətdarlıq bildirərək, çıxışını Ulu öndərimizin “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” sözləri ilə tamamladı.Tədbirdə şagirdlərimiz müəllimləri üçün hazırladıqları musiqi və rəqsləri ifa etdilər, səhnəciklər göstərdilər.Əziz müəllimlərimiz, bayramınız mübarək!