Məktəb rəhbərliyinin Multicentrdə keçirilən tədbirdə iştirakı

Səbail və Nəsimi rayonlarının məktəb direktorları və tərbiyə işləri üzrə direktor müavinlərinin dəvət olunduğu yeni tipli məktəbdənkənar təhsil müəssisəsi olan Multicentrdə keçirilən toplantıda məktəbin direktoru R.Ə.Naibova və tərbiyə işləri üzrə direktor maüvini A.Vəliyeva iştirak etmiş, orada şagirdlərin istedadının üzə çıxarılması üçün təşkil olunan şəraitlə tanış olmuşlar. Ayrı - ayrı otaqlardan ibarət olan mərkəzdə rəsm, musiqi, rəqs, kompyuter otaqları, şagirdlərin çəkdikləri rəsmlər, düzəltdikləri maketlər, nümayiş etdirilmiş və iştirak edənlərin diqqətini cəlb etmişdir. Şagirdlərin məktəbdənkənar istedadlarının, gələcəkdə hansı işdə daha böyük uğur qazana biləcəyinin təminatına təkan verən belə mərkəzlərin olması biz, müəllimləri daha çox sevindirir.