Azərbaycanda sülh aylığı

21 sentyabr tarixi bütün dünya ölkələrində “ Beynəlxalq Sülh Günü” kimi qeyd olunur. Hər il ənənəvi olaraq Azərbaycanda avqustun 21-dən sentybarın 21-dək “Sülh aylığı” keçirilir. Aylıq çərçivəsində keçirilən tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğinə, hüquq mədəniyyətinin inkişafına, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsinə və s. məsələlərə həsr olunur. Bu münasibətlə məktəbimizdə “ Sülh aylığı” keçirilmiş, şagird və müəllimlərimiz aylıqda yaxından iştirak etmişlər. Aylıq dövründə bu mövzuya həsr olunmuş rəsm, inşa müsabiqəsi keçirilmiş, qalib yerlər müəyyənləşdirilmiş, məktəbin akt zalında şagirdlərimiz üçün videoçarx nümayiş etdirilmişdir.