2017-2018-ci tədris ili “Ümumi təhsildə keyfiyyət ili” elan olundu.

Məktəbimizdə hər tədris ilində olduğu kimi müəllimlərin ali orqanı olan pedaqoji şura keçirildi. 2016-2017-ci tədris ilində görülmüş işlər, keçirilən tədbirlər, hər fənn üzrə açıq dərslər videoçarx vasitəsi ilə nümayiş etdirildi. Məktəbin direktoru R.Ə.Naibova məktəbi bitirib ali məktəblərə daxil olan şagirdlərimiz və məktəbin digər nailiyyətləri haqqında məlumat verdi. Yeni dərs ilində qarşıda duran vəzifələrdən, “Təhsildə keyfiyyət ili”ndən danışdı, müəllim və şagirdlərimizə uğurlar arzuladı və 2017-2018-ci tədris ili “Ümumi təhsildə keyfiyyət ili”nin elan olunduğunu müəllim kollektivinə çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi