Cocuq Mərcanlıya həsr olunmuş ilk dərs
2-5 aprelde igid ordumuzun əsgərləri tərəfindən erməni tapdağından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə quruculuq işləri xalqın diqqət mərkəzində olmuşdur. Tikilən evlər, məktəb, bağça, məscid öz yerlərinə qayıdan əhalinin ixtiyarına verilmişdir. Məktəbimizdə ilk dərs əsgərlərimizin göstərdikləri igidliyə, qazandıqları qələbəyə quruculuq işlərinin aparılmasına, Prezidentimizin xalqımıza burada yaşayacaq insanlara göstərdiyi qayğının sevincinə həsr olunmuşdur.