Bilik günü
Məktəbimizdə 2017-2018-ci tədris ilinin “Bilik günü” keçirildi. Məktəbin direktoru R.Ə.Naibova bu gün münasibəti ilə müəllim, şagird və valideynləri təbrik etdi. Azərbaycan Respublikası Prezidentinin təhsilə qayğısından danışdı və göstərilən qayğıya görə minnətdarlığını bildirdi. Nəsimi Rayon İcra hakimiyyətinin məhsul işçisi O.Əzizov Nəsimi rayonunda təhsildə qazanılan nailiyyətlərdən söz açdı. Şagird və müəllimlərimizə uğurlar arzuladı. İlk zəng çalındı. Məktəbin direktoru ali məktəbə qəbul olunan tələbələrimizi və onların valideynlərini təbrik etdi, birinci sinfə kövrək qədəmləri ilə gələn şagirdləri məktəbə qəbul etdi. Beləliklə, şagird və müəllimlərimizin məktəb, dərs qayğıları başlandı. Təbrik edir, uğurlar arzulayırıq.