Məktəbimizdə Son Zəng

İnsan həyatında gözəl günlər çox olur.Hər kəs bu gözəllik içərisində yaşayır,yaşadıqca hər günə qiymət verir,ömrü yaşamağın mənasını dəyərləndirir.Lakin insanın ömür kitabında iki ən önəmli gün var.Titrək addımlarla,yarı sevinc,yarı kədər hissi ilə ilk zəngin sədaları altında məktəbə daxil olduğu,bir də həmin hisslərlə on bir ili başa vurub son zəngin vidası ilə məktəbdən ayrıldığı,həyat yoluna qədəm qoyduğu gün. Məktəbimizdə hər il sevinclə qeyd etdiyimiz son zəng bu ildə çox maraqlı,şagirdlərin qürur hissi ilə Azərbaycan bayrağını başları üzərində dalğalandıraraq son zəng tədbirində iştirak edən,onun nə vaxt çalınacağını gözləyənlərin alqışları altında tədbirə gətirmələri və Azərbaycan himninin çalınması ilə başlandı. Təbrik üçün söz məktəbin direktoru Rəna Naibovaya verildi.O,şagirdlərimizə Azərbaycan təhsili,qazanılan uğurlar,dövlət başçımız tərəfindən ona verilən dəyər məktəblərə göstərilən qayğı haqqında məlumat verdi və minnətdarlığını bildirdi.Şagirdləri,valideynləri və müəllimləri təbrik edərək,onlara uğurlar arzuladı.Tədbir şagirdlərin hazırladıqları müxtəlif və rəngarəng səhnələrlə davam etdi və son zəngin sədaları ilə başa çatdı.