Kitab mərkəzinə ekskursiya

Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə şagirdlərin oxumaları, dünya görüşlərinin artırılması, mütaliə bacarıqlarının inkişaf etdirilməsi və formalaşdırılması, bədii qiratin, nitq mədəniyyətinin gücləndirilməsi, göz yaddaşının möhkəmləndirilməsi, milli və dünya ədəbiyyatı nümunələrinin öyrənilməsi, keçmişi yaşadıb, bu günkü inkişafın ən gözəl nümunələrini qoruyaraq oxumağın dəyərini anlatmaq üçün müxtəlif tədbirlər keçirir, ekskursiyalar təşkil olunur. Belə ekskursiyalardan biri də “Mütaliə sevərlər” başlığı altında kitab evlərinə təşkil olunmuş ekskursiyadır. Məktəbimizin şagird, müəllim və valideynləri də kitab evinə ekskursiyada iştirak etdilər. Azərkitab evində təşkil olunmuş bu ekskursiya zamanı şagirdlərimizi ən maraqlı və dəyəri qızıldan kitablarla tanış oldular. Burada uşaqlara mərkəzin işçiləri tərəfindən geniş məlumat verildi. Bir neçə kitab hədiyyə edildi. Kitablar haqqında diskusiya təşkil edildi. Kitab evində təşkil olunmuş uşaqlar üçün xüsusi məkan, oxu zalı şagirdlərimizdə kitaba daha böyük məhəbbət yaratdı.