“Temperamentin tədqiqi” testi

Yuxarı sinif şagirdləri yaşadıqları keçid dövrü ilə əlaqəli özlərini uşaqlığa uyğun deyil, gəncliklə uşaqlıq arasındakı yeniyetməlik dövrünə uyğun aparır, temperamentləri yüksək olur, öz dediklərini həyata keçirməyə çalışır. Onların temperamentlərinin yaşlarına uyğun olub-olmamasını yoxlamaq, şagirdlərlə mövzuya uyğun söhbət aparıb onlara həyatda tutduğu yolun düzgünlüyünü müəyyənləşdirmək üçün “Temperamentin tədqiqi” adlı test aparıldı. Məktəbin psixoloqunun aparmış olduğu testin nəticələri nəzərə alınaraq onlara müəyyən tövsiyələr verildi.