Tez-tez verilən suallar
Sual yarandıqda haraya müraciət etmək olar?- qeydiyyatla əlaqədar rayon ərazisində fəaliyyət göstərən alternativ komissiyaya; - bütün digər hallarda rayon ərazisində fəaliyyət göstərən appelyasiya komissiyasına.6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbul müsabiqə əsasında keçirilən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaqdır.6 yaşı tamam olmayan uşaqların məktəbə qəbulu hansı əsaslarla və nə vaxt aparılır?Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış Komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyulun 13-dən 31-dək aparılacaqdır.6 yaşı tamam olmayan uşaqlar hansı hallarda müsabiqədənkənar qəbul edilə bilər?Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahan verib uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər.6 yaşı tamam olmayan uşaq Komissiyada müsahibədən keçməzsə, haraya və nə zaman müraciət edə bilər?Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.Qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır?Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara elektron qeydiyyat martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcəkdir.Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçə bilərlərmi?Bəli.Qəbul müsabiqə əsasında aparılan müəssisələrin, lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?Ümumtəhsil məktəblərindən fərqli olaraq yalnız ikisinə.Uşaqların yerləşdirilməsi necə həyata keçirilir?Məktəbdə fəaliyyət göstərən şagird qəbulu komissiyasında müsbət rəy aldıqdan sonra.Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.Yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündürmü?Bəli. 15.09.2000-ci il tarixdən 15.09.2007-ci il tarixədək anadan olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.Uşağın I sinfə qəbulu üçün hansı yaş məhdudiyyətləri tətbiq olunur?Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, “Ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər”.Mövcud qanunvericiliyə əsasən I sinfə qəbul üzrə elektron sistem yalnız 01.01.2000-ci il tarixdən 31.12.2009-cu il tarixədək anadan olmuş uşaqların qeydiyyatdan keçirilməsinə imkan verir.Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu necə həyata keçirilir?Elektron qeydiyyat və məktəbə sənəd qəbulu ümumi qaydada aparılacaqdır. “Evdə təhsilin təşkili Qaydaları”nın tələblərinə riayət edilməklə uşaq psixoloji-tibbi-pedaqoji komissiyanın qərarına əsasən evdə təhsilə cəlb ediləcək.Uşaq hansı halda məktəbə qəbul olunmaya bilər?Şagird qəbulu komissiyası tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda